
IDEA İctimai Birliyi tərəfindən milyonlarla ağacın əkilməsi, uşaqlar üçün maarifləndirici proqramlar, master-klasslar və ekoloji təşəbbüslərin həyata keçirildiyi bildirilib.
Bu barədə təşkilatın təsisçisi və rəhbəri, Leyla Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə çıxışında məlumat verib.
Onun sözlərinə görə, IDEA şəhər mühitinin yaxşılaşdırılması, havanın və suyun çirklənməsi ilə mübarizə, həmçinin əhalinin ekoloji maarifləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirir.
Bildirilib ki, təşkilat:
şəhər həyətlərinin yaşıllaşdırılması
yaşıl divarların qurulması
velosiped istifadəsinin təşviqi
sahil təmizliyi kampaniyaları
plastik tullantıların toplanması və təkrar emalı
kimi layihələri icra edir.
Qeyd olunub ki, indiyədək IDEA İctimai Birliyi tərəfindən 120 tondan çox tullantı toplanıb. Təşkilatın əsas məqsədi daha sağlam, dayanıqlı və “yaşıl gələcək” formalaşdırmaqdır.