
İngiltərənin "Fulhem" klubu heyətdə ciddi dəyişikliklərə gedib və 14 futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.
Realmedia.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, London təmsilçisi əsas hücumçularından olan Raul Ximenes, qapıçı Stiven Benda və müdafiəçi Devan Tantonla vidalaşıb.
Bununla yanaşı, klubun gənclər komandasının daha 11 üzvü də komandadan ayrılıb. Siyahıda Çarli Robinson, Bredli De Hesus, Olli Qofford, Cozef Uolters, Tom Uingeyt, Kallum Kliff, Marsell Holl, Ruban Han, Oliver Mayer, Harli Pleytel və Kuinn Şutterin adları yer alıb.
Qeyd edək ki, "Fulhem" yeni mövsüm öncəsi heyətin yenidən formalaşdırılması istiqamətində işlərini davam etdirir.
