
SON DƏQİQƏ
AZƏRTAC-ın yaydığı məlumata görə, Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO nümayəndələrinin iştirakı ilə aparılan araşdırma çərçivəsində formalaşan birgə rəyə əsasən, AZAL-a məxsus Embraer 190-100 IGW tipli sərnişin hava gəmisi 25 dekabr 2024-cü ildə xarici təsir nəticəsində zədələndiyi üçün qəzaya uğrayıb.
Hadisə ilə bağlı araşdırmalar ICAO-nun Annex 13 tələblərinə uyğun davam etdirilir, yekun hesabat hələ açıqlanmayıb.
Mənbə: AZƏRTAC