
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində növbəti uğurlu əməliyyat həyata keçirilib.
Realmedia.info xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram marixuananın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Məlumata görə, narkotik vasitənin sərhəddən qanunsuz keçirilməsi cəhdi vaxtında aşkarlanaraq zərərsizləşdirilib.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.