
Naxçıvan Muxtar Respublikasında faciəli hadisə baş verib.
Realmedia.info xəbər verir ki, hadisə Qaraxanbəyli kəndində qeydə alınıb.
İlkin məlumata görə, 7-8 yaşlarında olduğu bildirilən uşaq kanala düşərək boğulub. Hadisə yerinə cəlb olunan şəxslərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Yaxınlarının verdiyi məlumata əsasən, azyaşlı epilepsiya xəstəsi olub.
Hadisənin dəqiq başvermə şəraiti və ölüm səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır.
Faktla bağlı araşdırma aparılır.