
Cənubi Amerika ölkəsi Peruda hərbi helikopterin qəzaya uğraması nəticəsində 15 nəfər həyatını itirib.
Məlumata görə, Peru Hərbi Hava Qüvvələrinə məxsus “Mi-17” tipli helikopter ölkənin cənubunda yerləşən Arekipa bölgəsinin Çala Viexo ərazisində radarlardan itib. Aparılan axtarış-xilasetmə əməliyyatlarından sonra helikopterin qalıqları aşkar edilib.
Qəza nəticəsində 4 ekipaj üzvü və 11 sərnişin həlak olub. Bildirilir ki, ölənlər arasında hərbi qulluqçularla yanaşı mülki şəxslər də var.
İlkin məlumata əsasən, helikopter təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı əməliyyat çərçivəsində uçuş həyata keçirirmiş. Son günlər bölgədə müşahidə olunan güclü yağışlar və sel hadisələrinin qəzanın baş verməsinə təsir göstərə biləcəyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri yaxın günlərdə açıqlanacaq.