
Bakıda NATO ilə əməkdaşlıq çərçivəsində növbəti kurs təşkil olunub.
Realmedia.info xəbər verir ki, Azərbaycan ilə NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na əsasən, Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində 1-ci səviyyəli qiymətləndirici kursu keçirilib. Kurs Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil olunub.
Məlumata görə, kursda Azərbaycandan 22, NATO və tərəfdaş ölkələrdən isə 30 nəfər təlimatçı və dinləyici qismində iştirak edib. Tədbir müddətində fərdi və qrup şəklində müxtəlif nəzəri və praktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, bu kurs Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində keçirilən hazırlıq tədbirlərindən biridir.