
Ermənistanın baş naziri Nikol Paşinyanla uzun illər vətəndaş nikahında yaşayan Anna Akopyan münasibətlərində yeni mərhələyə qədəm qoyublar.
Realmedia.info-nun məlumatına görə, bu barədə Anna Akopyan özünün "Facebook" səhifəsində paylaşım edib.
O, açıqlamasında bildirib ki, Paşinyanla vətəndaş nikahında yaşaması ilə bağlı məsələ artıq başa çatıb:
“Əziz həmvətənlər, sizə bildirmək istəyirəm ki, mənim baş nazir Nikol Paşinyanla ‘vətəndaş nikahında olmağım barədə məsələ’ bitdi. Hər kəsdən bu məsələ ilə bağlı diqqətli və düzgün davranış nümayiş etdirməyi xahiş edirəm. Təşəkkür edirəm”, – deyə Akopyan paylaşımında qeyd edib.
Anna Akopyanın bu açıqlaması onların münasibətlərini VVAQ (Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) şöbəsində rəsmiləşdirdiklərini göstərir.
Qeyd edək ki, Nikol Paşinyan və Anna Akopyan uzun müddətdir birlikdə yaşasalar da, nikahları rəsmi şəkildə qeydə alınmamışdı.