
İranın mərhum ali rəhbəri Seyid Əli Xamenei üçün keçiriləcək vida və dəfn mərasimlərinin proqramı açıqlanıb.
Realmedia.info xəbər verir ki, bu barədə “Sabreen News” məlumat yayıb.
Bildirilib ki, vida mərasimləri 2026-cı il iyulun 4-5-də Tehranda yerləşən İmam Xamenei namazgahında təşkil olunacaq. Mərasimdə ölkə rəsmilərinin, din xadimlərinin və minlərlə vətəndaşın iştirakı gözlənilir.
Məlumata görə, iyulun 6-da paytaxt Tehranda genişmiqyaslı dəfn yürüşü keçiriləcək və mərhum ali rəhbər son mənzilə yola salınacaq.
Mərasimlərlə bağlı təhlükəsizlik və təşkilati tədbirlərin İranın aidiyyəti qurumları tərəfindən həyata keçirildiyi bildirilib.