
Rusiyanın Sankt-Peterburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlı kriminal avtoritet kimi tanınan Yusif Əliyev saxlanılıb.
Realmedia.info xəbər verir ki, bu barədə "Kommersant" nəşri Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, 54 yaşlı Yusif Əliyev 2008-ci ildən beynəlxalq axtarışda olub. O, iki və daha çox şəxsin qətli də daxil olmaqla bir sıra ağır cinayətlər törətməkdə ittiham edilir.
Bildirilir ki, saxlanılan şəxs barəsində hüquqi prosedurlar davam etdirilir. Hüquq-mühafizə orqanları tərəfindən cinayət işi üzrə əlavə araşdırmalar aparılır.
Qeyd edək ki, Yusif Əliyevin adı uzun illərdir postsovet məkanında kriminal aləmlə əlaqəli şəxslər sırasında hallanırdı.