
Bu gün Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir.
Realmedia.info xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiya Federasiyasının biznes və dövlət strukturlarının nümayəndələri iştirak edirlər.
İşgüzar Şuranın həmsədrləri Emin Ağalarov və Delovaya Rossiya təşkilatının sədri Aleksey Repikdir.
Tədbir çərçivəsində Azərbaycan və Rusiya baş nazir müavinləri Şahin Mustafayev və Aleksey Overçuk, eləcə də Fuad Nağıyev və Yusif Abdullayev çıxış edəcəklər.
İclas zamanı həmçinin “Texnopolis Ximqrad” SC ilə “Nekst-T” SC arasında rezidentliklə bağlı niyyət sazişinin imzalanması planlaşdırılır. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiya imkanlarının artırılması məsələlərini müzakirə edirlər.