
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov heyətin aparıcı üzvlərindən biri olan Marko Yankoviçin komandadan ayrılmasına razılıq vermir.
Realmedia.info xəbər verir ki, bu barədə İdmanxeber.az məlumat yayıb.
Bildirilib ki, monteneqrolu yarımmüdafiəçiyə xarici klublardan maraq olsa da, Ağdam təmsilçisinin baş məşqçisi futbolçunun komandada qalmasının tərəfdarıdır. Bu səbəbdən Yankoviçlə bağlı daxil olan təkliflərin geri çevriləcəyi gözlənilir.
Qurban Qurbanov təcrübəli futbolçunun komanda üçün vacib fiqurlardan biri olduğunu hesab edir və onun yerinin qısa müddətdə doldurulmasının çətin olacağını düşünür. Məhz buna görə də baş məşqçi futbolçunun transferinə razılıq verməyib.
Qeyd edək ki, Marko Yankoviç 2022-ci ildən "Qarabağ"ın uğurları üçün mübarizə aparır. O, cari mövsümdə Ağdam klubunun heyətində 39 oyuna çıxıb, 4 qola və 3 məhsuldar ötürməyə imza atıb.