
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan istiqamətində həyata keçirilən infrastruktur layihələri çərçivəsində Zəngəzur dəhlizinin reallaşdırılması üzrə işlər davam edir.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Horadiz–Ağbənd avtomobil yolu artıq tam istifadəyə verilib, dəmir yolu xəttinin tikintisi isə yekun mərhələyə yaxınlaşıb.
Araz çayı üzərində inşa olunan Ağbənd körpüsünün də yaxın vaxtlarda tam istifadəyə hazır olacağı bildirilib.
Qeyd edilib ki, bu layihələr regionun nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və Zəngəzur dəhlizinin açılması istiqamətində əsas infrastruktur komponentlərindən hesab olunur.