
“Yeni Klinika”nın direktoru Barat Yusubov vəzifəsindən azad edilib.
Realmedia.info xəbər verir ki, bu barədə Barat Yusubov özü açıqlama verib. O, artıq sözügedən tibb müəssisəsinin rəhbəri olmadığını təsdiqləyib.
“Yeni Klinika”nın sabiq direktoru işdən ayrılma səbəbləri ilə bağlı ətraflı məlumat verməyib:
“Məlumat doğrudur, artıq ‘Yeni Klinika’nın direktoru deyiləm”.
Qeyd edək ki, Yeni Klinika ölkənin ən böyük və müasir tibb müəssisələrindən biri hesab olunur. Hazırda klinikaya yeni rəhbər təyinatı ilə bağlı rəsmi məlumat açıqlanmayıb.