
Son zamanlar sosial mediada yeni dələduzluq üsulları genişlənməkdədir.
Müxtəlif profillər vasitəsilə başladılan bu kampaniyalarda guya məşhur şirkətdə işləyən və ya işdən çıxan bir şəxs “hər kəsin bilmədiyi məlumatı” paylaşır və istifadəçiləri “hədiyyəni əldə etmək” adı ilə saxta linklərə yönləndirir.
Həmin linklər vasitəsilə vətəndaşlardan bank kartı məlumatları tələb olunur və nəticədə onların hesabındakı pullar oğurlanır.
Statusların inandırıcı görünməsi üçün dələduzlar saxta profillərlə rəylər yazır və həmin rəylərin reaksiyalarını da süni üsullarla artırırlar.
Sosial media istifadəçiləri belə hallara qarşı diqqətli olmalı, tanımadıqları linklərə daxil olmamalı və şəxsi maliyyə məlumatlarını paylaşmamalıdırlar.