
Daxili İşlər Nazirliyi son günlər ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hadisələrinin artdığını bildirib. Nazirlik vətəndaşları diqqətli olmağa və şübhəli şəxslərlə qarşılaşdıqda dərhal polisə məlumat verməyə çağırır.
Polis, xüsusilə qapı-qapı gəlib yardım, pul toplama və ya müxtəlif xidmət və məhsullar adı altında vətəndaşlardan pul tələb edən şəxslərə qarşı ehtiyatlı olmağı tövsiyə edir.
DİN həmçinin vətəndaşlara əmanət və pul məsələlərində tanımadıqları insanlara etibar etməməyi və hər hansı şübhəli fəaliyyətləri 102 nömrəsinə bildirmələrini xatırladır.