
Vyetnamda iddialı memarlıq layihəsinə start verilib. Hanoy şəhərinin kənarında inşa olunan “Tronq Donq” stadionu tamamlandıqdan sonra dünyanın sırf futbol üçün nəzərdə tutulmuş ən böyük arenası olacaq.
Stadion 135 min azarkeş tutumuna malik olacaq və dünyanın ən böyük açılıb-bağlanan dam örtüyü ilə təchiz ediləcək. Bu sistem sayəsində tropik yağışlar və yüksək istilər oyunların keçirilməsinə mane olmayacaq.
Tikintinin 2028-ci ilin avqustunda başa çatması planlaşdırılır.