
Şahdağ Milli Parkı Azərbaycanın ən böyük xüsusi mühafizə olunan təbiət ərazisi olaraq ekoloji əhəmiyyəti ilə seçilir.
2006-cı ildə yaradılan milli park Böyük Qafqaz dağ silsiləsinin şimal-şərq hissəsində yerləşir. Park nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunması, bioloji müxtəlifliyin saxlanılması və ekoturizmin inkişafı məqsədilə fəaliyyət göstərir.

