
İran uçuş məsafəsi 2 000 kilometrədək olan “Xorrəmşəhr” adlı ballistik raketini rəsmi şəkildə nümayiş etdirib.
Realmedia xəbər verir ki, raket maye yanacaqla işləyir və 1 500 kiloqrama qədər döyüş başlığı daşımaq imkanına malikdir. Bu göstərici “Xorrəmşəhr”i İranın silah arsenalında ən ağır döyüş başlığına sahib ballistik raketə çevirir.
Məlumata görə, raket trayektoriyasının orta mərhələsində hədəfləmə sisteminə malikdir. Bu isə onun dəqiqliyini və hərbi effektivliyini artıran əsas xüsusiyyətlərdən biri hesab olunur.
Qeyd edək ki, “Xorrəmşəhr” raketinin təqdimatı regionda təhlükəsizlik məsələləri fonunda diqqət çəkib.