
Rəsmi statistik məlumatlara əsasən, nikah və boşanma göstəricilərində əvvəlki illə müqayisədə azalma müşahidə olunur. Belə ki, 2024-cü ildə ölkə üzrə ümumilikdə 49 min 498 nikah və 21 min 581 nikahın pozulması qeydə alınmışdı.
Məlumatlar nikahların sayında azalma, boşanmaların isə nisbətən aşağı templə davam etdiyini göstərir. Ekspertlər bu tendensiyanı sosial-iqtisadi amillər, ailə institutuna münasibətin dəyişməsi və miqrasiya prosesləri ilə əlaqələndirirlər.