
Bakı, 22 yanvar 2026 – Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev açıqlayıb ki, əmək müqaviləsi olmadan işləyən şəxslərin sonradan stajını bərpa etmək imkanı yoxdur.
Realmedia.info xəbər verir ki, Vəli Quliyev bu barədə 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb. Onun sözlərinə görə, əmək müqaviləsiz işə cəlb olunma hallarına görə qanunvericilikdə ciddi cərimələr nəzərdə tutulub:
“Stajın bərpa olunması mümkün deyil. Bəzi hallarda sənədlər olarsa, vətəndaş məhkəməyə müraciət edə bilər. Əmək müqaviləsi olduqda isə dövlət bunu qoruyur, sığorta mexanizmləri tətbiq edir. Bu səbəbdən işəgötürənlər və işçilər arasında mütləq şəkildə müqavilə imzalanmalıdır.”
Rəisin sözlərinə görə, əmək müqaviləsi həm işçinin hüquqlarını qoruyur, həm də sosial müdafiə və sığorta təminatlarını aktivləşdirir.