
Cənubi Koreyanın tanınmış blogeri Daud Kim İslam dinini qəbul etdikdən sonra ölkəsində məscid tikmək təşəbbüsü ilə gündəmə gəlib.
Daud Kim layihənin yalnız ibadət yeri olmayacağını, həmçinin İslamı tanıtmaq və maarifləndirmək məqsədli media fəaliyyətləri üçün də nəzərdə tutulduğunu bildirib. O, layihə vasitəsilə həm dini icma üçün bir mərkəz, həm də İslam haqqında doğru məlumatların yayılacağı bir platforma yaratmaq istədiyini vurğulayıb.