
SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunan konsert proqramı təşkil olunub.
Tədbiri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, eləcə də Alyona Əliyeva izləyiblər.
Konsert proqramında mərkəzin tələbələri müxtəlif vokal nömrələri ilə çıxış edib, həmçinin milli rəqslərimizdən olan “Cəngi”, “Yallı” və digər rəqs nümunələrini təqdim ediblər.
Gənc istedadların nümayiş etdirdiyi rəngarəng proqram onların musiqi və rəqs sənətinə olan marağını, yaradıcılıq potensialını və milli-mədəni dəyərlərə bağlılığını bir daha nümayiş etdirib.
Qeyd edək ki, tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.







