
Yaxın Şərqdə geosiyasi gərginliyin artması dünya enerji bazarlarına da təsir göstərib. Son ticarət əməliyyatlarında neftin qiymətində kəskin artım müşahidə olunub.
Məlumata görə, "Brent" markalı neftin bir barelinin qiyməti 4,54 faiz bahalaşaraq 97,32 dollara yüksəlib. ABŞ-ın WTI markalı xam nefti isə 4,35 faiz artımla 94,48 dollardan satılıb.
Qeyd edək ki, bundan əvvəl hər iki etalon neft markasında ucuzlaşma tendensiyası müşahidə olunurdu. Analitiklər qiymət artımını Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə risklərin yüksəlməsi ilə əlaqələndirirlər.
Ekspertlərin fikrincə, geosiyasi vəziyyətin inkişafından asılı olaraq enerji bazarlarında qiymət dəyişkənliyi yaxın günlərdə də davam edə bilər.