
Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC və “Azərxalça” ASC ilə bağlı yeni fərman imzalayıb.
Realmedia.info xəbər verir ki, fərmana əsasən, hər iki qurumun müşahidə şuralarında Maliyyə Nazirliyinin nümayəndəsi təmsil olunacaq.
Sənəddə qeyd edilib ki, Nazirlər Kabineti bununla bağlı zəruri tədbirlər görməli və bir ay müddətində Prezidentə məlumat təqdim etməlidir.