
Azərbaycan ərazisindən tranzit keçməklə Rusiya-dan Ermənistan-a buğda tədarükü həyata keçirilir.
Məlumata görə, bu gün baş tutan göndəriş çərçivəsində ümumilikdə 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda yükü Ermənistana çatdırılacaq.
Yüklərin Azərbaycan ərazisindən tranzit keçməsi regionda nəqliyyat-logistika əlaqələrinin və iqtisadi daşımaların davamlı şəkildə həyata keçirildiyini göstərir.
Qeyd edək ki, bu cür tranzit daşımalar ölkələr arasında dəmir yolu əlaqələrinin və ticarət marşrutlarının istifadəsini təmin edir.