
Azərbaycanın aparıcı sənaye qruplarından olan Azərsun Holdinq-in idarəetmə strukturunda mühüm dəyişiklik baş verib.
RealMedia.info xəbər verir ki, bu barədə holdinqin yaydığı rəsmi açıqlamada bildirilib. Məlumata əsasən, Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözəl təyin edilib.
Qeyd olunub ki, bu qərar ailə biznesinin növbəti nəslə ötürülməsinin bariz nümunəsi olmaqla yanaşı, holdinqin daha müasir və innovativ idarəetmə modelinə keçidini də simvolizə edir.
Şirkət rəhbərliyi bildirib ki, həyata keçirilən bu dəyişiklik “Azərsun Holdinq”in gələcək inkişaf strategiyasına uyğun olaraq daha çevik, effektiv və beynəlxalq standartlara cavab verən idarəetmə sisteminin formalaşdırılmasına xidmət edəcək.