
Bakı-Tbilisi-Bakı reysləri İsveçrənin Stadler Rail Group şirkəti tərəfindən istehsal olunan müasir sərnişin qatarı ilə həyata keçiriləcək.
Realmedia.info-un əldə etdiyi məlumata görə, qatarda yataq tipli vaqonlar və restoran bölməsi mövcuddur.
Məlumata əsasən, qatar vasitəsilə bir istiqamətdə 200-dən çox sərnişinin daşınması nəzərdə tutulub.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev sözügedən qatarla tanış olub.
Xatırladaq ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişindaşıma mayın 26-dan etibarən bərpa olunacaq.






