
İran liderləri ABŞ və İsraillə gərginliyin genişmiqyaslı artmasına baxmayaraq, strateji əhəmiyyətli Hörmüz boğazından neft tranzitini davam etdirmək qərarı qəbul ediblər.
Qərar bölgədə enerji təhlükəsizliyinin qorunması və beynəlxalq ticarət əlaqələrinin fasiləsiz təmin edilməsi məqsədini daşıyır. İran rəsmiləri boğazın tranzit üçün açıq qalacağını və ticarət gəmilərinin təhlükəsizliyinə ciddi nəzarət ediləcəyini bildiriblər.
Bölgədə hərbi və diplomatik gərginlik davam etsə də, Hörmüz boğazında enerji nəqliyyatının sabitliyinin qorunması prioritet olaraq qalır.