
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) kadr dəyişikliyi baş verib.
Məlumata görə, Agentliyin İdarə Heyətinin sədrinin müşavirlərindən biri olan Çingiz Əliyev vəzifəsindən azad edilib.
Bununla bağlı DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Çingiz Əliyev çalışmanın son yaş həddi ilə əlaqədar olaraq vəzifədən azad edilərək təqaüdə göndərilib.
Qeyd edək ki, o, uzun müddət Agentlikdə sədr müşaviri vəzifəsində çalışıb.