
Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ziyarət ediblər.
Realmedia.info xəbər verir ki, ziyarət zamanı qonaqlar şəhərin tarixi-mədəni irsi ilə bağlı məlumat alıblar və Xan məscidinin tarixi əhəmiyyəti barədə onlara geniş məlumat təqdim olunub.
Qeyd edək ki, Şəki Azərbaycanın zəngin memarlıq və mədəni irsə malik şəhərlərindən biridir və bu kimi səfərlər tarixi abidələrin təbliği baxımından önəm daşıyır.



