
Tailandda maraqlı hadisə qeydə alınıb. Belə ki, bir fil yerli supermarketə daxil olaraq sevimli konfetini ehtiyatdan götürüb və mağazadan ayrılıb.
Yerli sakinlərin bildirdiyinə görə, fil əvvəllər mağazaya gələndə satıcı ona konfet verirmiş. Lakin həmin gün növbəyə yeni başlayan işçi çıxıb və filə konfet verməyib.
Nəticədə fil hər şeyi özü etməli olub.
Hadisə sosial şəbəkələrdə izləyicilər tərəfindən maraqla qarşılanıb.