
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının ixracı həyata keçiriləcək.
RealMedia.info xəbər verir ki, bu gün 17 vaqondan ibarət, ümumilikdə 984 ton dizel yanacağı Ermənistana göndəriləcək.
Məlumata görə, məhsulları daşıyan qatar saat 16:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınacaq.
Qeyd edək ki, dizel yanacağının ixracı tərəflər arasında həyata keçirilən ticarət əməliyyatları çərçivəsində reallaşdırılır.