
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Kollegiyasının tərkibi təsdiq edilib.
Realmedia.info xəbər verir ki, müvafiq sərəncama əsasən, Kollegiyanın sədri Dövlət Agentliyinin sədri təyin olunub.
Sənədə görə, Kollegiyanın üzvləri aşağıdakılardan ibarətdir:
Agentlik sədrinin birinci müavini və müavinləri
Qurumun aparat rəhbəri
Hüquq, haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri
Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri
İstehlak bazarına nəzarət və təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri
Qərar dövlət nəzarət mexanizmlərinin daha effektiv təşkili və istehlak bazarında şəffaflığın artırılması məqsədi daşıyır.