
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondunun İdarə Heyətinə yeni sədr müavini təyin edilib.
Realmedia.info xəbər verir ki, “Qaynarinfo”nun yaydığı məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə qurumun sədr müavini vəzifəsinə Məhərrəm Kazımov təyin olunub.
Məlumata əsasən, Məhərrəm Kazımov bundan əvvəl Dövlət Toxum Fondunun İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, bir neçə ay əvvəl Dövlət Toxum Fondunun İdarə Heyəti sədrinin müavini Etibar Əmrahov vəzifəsindən azad edilərək quruma sədr təyin olunmuşdu.