
İlham Əliyev-in tapşırığı ilə İran İslam Respublikası-na növbəti humanitar yardım göndərilir.
Göndərilən humanitar yardımın ümumi həcmi 82 ton təşkil edir. Yardım paketinə müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.
Yükün 76 tonunu ərzaq və qida məhsulları, 4 tonunu dərman vasitələri, 2 tonunu isə tibbi ləvazimatlar təşkil edir.
Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə yola salınıb.
Bu addım Azərbaycanın beynəlxalq humanitar dəstək siyasətinin davamı kimi qiymətləndirilir və ehtiyac duyulan sahələrdə yardımların göstərilməsinə xidmət edir.