
Vladimir Putin İlham Əliyev ilə telefon danışığı zamanı Rusiya vətəndaşlarının İrandan təxliyəsinin təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Rusiya prezidenti, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsi üçün yaradılmış şəraitə görə də dövlət başçısına təşəkkür edib. Putin Azərbaycanın bu məsələdə göstərdiyi əməkdaşlığı yüksək qiymətləndirib.
Telefon söhbəti zamanı liderlər Yaxın Şərqdə yaranmış gərgin vəziyyəti də müzakirə ediblər. Tərəflər bölgədə hərbi əməliyyatların tezliklə dayandırılmasının və mövcud münaqişələrin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.