
İlham Əliyev martın 4-də İran İslam Respublikasının Azərbaycandakı Səfirliyində olub. Dövlət başçısı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir sıra mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.
Prezident İlham Əliyev səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazaraq, faciə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı çatdırıb. O, Azərbaycan xalqının kədərli gündə İran xalqı ilə həmrəy olduğunu vurğulayıb.
Qeyd edək ki, baş vermiş hadisə regionda geniş rezonans doğurub və bir sıra ölkə rəhbərləri tərəfindən də başsağlığı mesajları ünvanlanıb.


