
Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən rəsmi iclasa gözündə gün eynəyi ilə qatılıb.
Realmedia xəbər verir ki, bu barədə “Qafqazinfo” “Le Parisien” qəzetinə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa lideri sağ gözündə yaranan problem səbəbindən bir müddət gün eynəyi taxmalı olub. Makron iclas zamanı məsələ ilə bağlı açıqlama verərək bildirib:
“Eynəyə görə üzr istəyirəm. Bu, kiçik bir problemdən irəli gəlir. Bir müddət bunları taxmalı olacağam, ona görə də buna öyrəşməli olacaqsınız”.
Qeyd edək ki, yanvarın 15-də Emmanuel Makron Fransanın cənubunda yerləşən İstr aviabazasında hərbçilər qarşısında çıxış edərkən onun sağ gözünün qızarması və şişməsi diqqət çəkmişdi. Prezident həmin vaxt bunun ciddi bir problem olmadığını vurğulamışdı.