
Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayevə yeni müavin təyin olunub.
Realmedia xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Həsənov Natiq Namiq oğlu Azərbaycan Respublikasının maliyyə nazirinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Natiq Həsənov 10 mart 2025-ci il tarixindən 8 yanvar 2026-cı ilədək Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.