
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimi ilə bağlı paylaşım edilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında tədbirlə bağlı məlumat yayıb.
Paylaşımda qeyd olunur ki, İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva forumun açılış mərasimində iştirak ediblər.
Qeyd edək ki, WUF13 – Ümumdünya Şəhərsalma Forumu 13-cü sessiyası Bakıda keçirilir və qlobal şəhərsalma gündəliyinin müzakirə edildiyi əsas beynəlxalq platformalardan biridir.





