
Dövlət Gömrük Komitəsində kadr islahatı aparılıb.
Realmedia xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Şirvan Gömrük Postunun rəisi Vüsal Mirzəyev tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsində aparılan kadr islahatları idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin daha səmərəli təşkili məqsədi daşıyır.