
Mingəçevirdə 20 yaşlı gəncin ölümü ilə nəticələnən hadisə baş verib.
Realmedia.info xəbər verir ki, 2006-cı il təvəllüdlü Məhəmməd Abdullah oğlu Həsən Mingəçevir şəhərində futbol oynayarkən qəfil halı pisləşib.
İlkin məlumata görə, Epilepsiya xəstəliyindən əziyyət çəkən gəncin dili qatlanıb və o, hadisə yerində həyatını itirib.
Bildirilib ki, M.Həsən Mingəçevir Dövlət Universitetinin tələbəsi olub. Onun Sumqayıt sakini olduğu qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.