
Bir neçə gün əvvəl sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, Əli Mahmudovun Nizami Tibb Mərkəzinin təsərrüfat işləri üzrə direktor müavini təyin olunması xəbəri yayımlanmışdı.
Realmedia-nın əldə etdiyi məlumata görə, xəbər ictimailəşdikdən sonra Əli Mahmudov işdən azad edilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov məsələ ilə bağlı əmr imzalayıb.
Hələlik Əli Mahmudovun yerinə yeni təyinat olmayıb. Qeyd edək ki, təyinat bir həftə əvvəl həyata keçirilmişdi.