Azərbaycan Prezidenti İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik maddi yardımın verilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, 2025-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan hər ailəyə 200 manat ödəniləcək. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün 15,3 milyon manat vəsait ayrılıb.
Nazirlik birdəfəlik ödənişin təmin edilməsini həyata keçirəcək, sərəncamdan irəli gələn digər məsələlər isə Nazirlər Kabineti və Maliyyə Nazirliyi tərəfindən həll olunacaq.