
Slovakiya Respublikası Milli Şurası sədri Rixard Raşi Azərbaycana rəsmi səfər edib.
Realmedia.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Qonaq və onu müşayiət edən nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclis sədr müavini Musa Qasımlı, Azərbaycan–Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov, Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov və protokol əməkdaşları tərəfindən qarşılanıblar.
Səfər çərçivəsində tərəflər arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və ikitərəfli münasibətlərin inkişafı məsələlərinin müzakirə olunacağı gözlənilir.
