
ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə verdiyi müsahibədə bildirib ki, ABŞ-ın Venesuelaya müdaxiləsi illərlə davam edə bilər.
Tramp Venesuelada müvəqqəti hökumətin rəhbəri Delsi Rodrigezin yerinə seçkilərin keçirilib-keçirilməyəcəyini açıqlamayıb. O, həmçinin ABŞ-ın Venesuela neftinə nəzarət edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib: "Ağ Ev sanksiyalar çərçivəsində neft satışını qeyri-müəyyən müddətə qədər izləyəcək".