
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
AFFA-nın yaydığı məlumata görə, siyahıda “Neftçi”nin yetirməsi, hazırda İtaliyanın “Sampdoriya” klubunun aşağı yaş qrupları üzrə komandasında çıxış edən Lorenzo Mezzotero da yer alıb.
19 yaşlı italiyalı hücumçu ilk dəfə olaraq Azərbaycan U-21 millisinin düşərgəsinə cəlb olunub.
Qeyd edək ki, milli komanda mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən isə iyunun 10-dək Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışı keçəcək.
Hazırlıq çərçivəsində yığmamız iyunun 6-da Bəhreyn, iyunun 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunlarında üz-üzə gələcək. “Sav” stadionunda keçiriləcək hər iki görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.