
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Realmedia.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə ilə bağlı dərhal əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobili hərəkətdə olan “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə minik avtomobilində olan şəxslər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıblar.
Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri alan üç nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Qəza nəticəsində həyatını itirən bir nəfərin meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.