
Realmedia.info xəbər verir ki, hadisə rayonun Duruca şəlaləsi yaxınlığında baş verib. Məlumata görə, Fövqəladə Hallar Nazirliyi (FHN) xilasediciləri dərhal əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxıldığı, müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər tərəfindən zərərçəkənə hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra o, çətin keçidli dağlıq ərazidən təxliyə olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Faktla bağlı əlavə məlumat verilməyib.